Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ilin ikinci rübündə mobil trafikin həcmi 1.6 Pbayta qədər artıb
“Ericsson” şirkətinin tədqiqat məlumatlarına əsasən, 2013-cü ilin ikinci rübündə mobil trafikin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artaraq 1,6 Pbayt olub.
“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, mobil şəbəkələrdə səsli trafikin həcmi 2% olub.
2013-cü ilin ikinci rübündə mobil şəbəkələrə qoşulmaların ümumi sayı ötən rüblə müqayisədə 7% artıb. “WCDMA/HSPA” şəbəkələrinin payına təxminən 75 milyon yeni qoşulma düşür, “GSM/EDGE” şəbəkələrinə qoşulmaların sayı təxminən 100 milyon, “LTE” qoşulmaların sayı isə 25-dən 125 milyonadək artıb.
Dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi ötən rüblə müqayisədə 1% artaraq 91% olub.
Emil Hüseynov
03/09/13 Çap et