Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Windows Phone” platformasının payı Avropada artıb
“iOS” və “Android” platformalarının qlobal smartfon bazarında liderlik etməsinə baxmayaraq, lakin “Windows Phone” (WP) mobil əməliyyat sisteminin bazar payı artıb.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Kantar Worldpanel ComTech” analitiklərinin hesablamalarına görə, 2013-cü ilin may-iyul ayları ərzində “Microsoft”un platformasının payı Avropanın beş ən böyük bazarında (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya) 8,2% olub.
Meksikada “Windows Phone” sisteminin göstəricisi 11,6% olub.
“Kantar Worldpanel ComTech” şirkətinin qlobal istehlak tədqiqatları üzrə direktoru Dominik Sannebonun sözlərinə görə, “WP” sürətlə populyarlaşır və “Android” və “iOS” platformalarına rəqib olur.
“WP” smartfonlarının əsas hərəkətverici qüvvəsi “Nokia Lumia 520” kimi ucuz modellərdir. Bir qayda olaraq, əvvəllər adi telefonlardan istifadə edən yeni smartfon istifadəçiləri bu smartfonları seçirlər. Təxmini hesablamalara görə, planetin əhalisinin 50%-i indiyə qədər daha sadə cihazlardan istifadə edir, buna görə “Microsoft” ƏS-nin populyarlaşması ehtimalı böyükdür.
Emil Hüseynov
04/09/13 Çap et