Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni "iPhone" smartfonları sentyabrın 10-da təqdim ediləcək


Amerikanın "Apple" şirkəti bu gün yeni nəsil "iPhone" smartfonlarının təqdimatına dəvətlər göndərib. Qurğular sentyabrın 10-da nümayiş etdiriləcək.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Silikon Vadisinin ekspertləri əmindirlər ki, Amerika korporasiyası eyni anda qurğunun iki versiyasını (əsas və büdcəyə uyğun) təqdim edəcək. Mütəxəssislər hesab edirlər ki, "Apple" artıq yalnız bahalı smartfonların istehsalı ilə məşğul olmayacaq.

Güman edilir ki, "iPhone" smartfonunun büdcəyə uyğun versiyasının korpusu plastik materialdan hazırlanacaq: müxtəlif rəngli çıxarılan panellərdən ibarət model təqdim ediləcək.

Bir sıra KİV məlumatlarına əsasən, bu cür qurğu "iPhone 5C", əsas smartfon isə "iPhone 5S" adlanacaq.

Emil Hüseynov
 
 




04/09/13    Çap et