Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” İran vətəndaşları üçün poçt xidmətini dayandırıb


ABŞ-ın “Yahoo!” şirkəti İran vətəndaşları üçün poçt xidmətini dayandırıb.
Bu barədə  şirkətin yaydığı açıqlamada bildirilir. Xəbərdə həmçinin qeyd olunur ki, İran “Yahoo!”da hesab açılmasına icazə verilmiş ölkələr siyahısından da çıxarılıb.

 Qeyd edək ki, İran vətəndaşları sentyabrın 3-də səhər saatlarından etibarən e-mail adreslərinə daxil ola bilməyiblər. “Yahoo!” isə İranı öz sanksiya siyahısına salmasına baxmayaraq, bu ölkə vətəndaşlarına öz xidmətlərindən istifadəyə icazə vermiş ABŞ-ın yeganə şirkətlərindən biri idi.

Kamal Hacıyev




04/09/13    Çap et