“Nokia”nın baş direktoru köhnə iş yerinə qayıdır
“Nokia” şirkətinin baş direktoru - “Office” proqramının hazırlanması üzrə bölmənin keçmiş rəhbəri Stiven İlop “Microsoft” tərəfindən Finlandiya istehsalçısının smartfonların istehsalı üzrə bölməsi satın alındıqdan sonra vəzifəsini tərk edərək ABŞ korporasiyasına qayıdacaq. Bu barədə şirkətin məlumatında deyilir.
“Nokia”nın hazırkı rəhbəri S.İlop bazar ekspertləri tərəfindən “Microsoft”un gələcək baş direktoru olmaq üçün ən real namizəd kimi qiymətləndirilir.
“Microsoft” ilə imzalanan sazişə əsasən, maraqlar baxımından münaqişələrin yaranmaması məqsədilə S.İlop “Nokia”nın baş direktoru vəzifəsini tərk edir və “Microsoft”un satın aldığı “Devices&Services” bölməsinin vitse-prezidenti olur. Sövdələşmə başa çatdıqdan sonra S.İlop “Microsoft”un icraçı vitse-prezidenti vəzifəsini icra etməyə başlayacaq və “Windows Phone”, “Xbox” və “Surface” məhsullarının hazırlandığı bölməyə rəhbərlik edəcək. Hazırda bu məhsullara məsul olan Culi-Larson Qrin isə S.İlopun tabeçiliyində çalışacaq, - “Digit
www.digit.ru” yazır.