Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda səhiyyə sahəsinə dair yeni elektron xidmətlər istifadəyə verilib


"Elektron hökumət" portalına inteqrasiya olunan elektron xidmətlərin sayı sürətlə artır. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Səhiyyə Nazirliyinin daha 5 elektron xidməti portala daxil edilib.
 
Portal vasitəsilə istifadəyə verilən yeni xidmətlərə  "Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi", "Tikinti və yenidənqurma layihələrinə sanitar-epidemioloji rəyin verilməsi üçün müraciətin və sənədlərin qəbulu" "Rentgen kabinetinin istismarına icazə verən sanitar-epidemioloji rəyin verilməsi", "İonlaşdırıcı şüa mənbələri ilə işlərə icazə verən sanitar-epidemioloji rəyin verilməsi" və "Tikinti üçün torpaq sahəsinin sanitariya normalarına və qaydalarına və gigiyena  normativlərinə uyğunluğuna dair rəyin verilməsi"  e-xidmətləri daxildir.
 
CAHANGİR
 




04/09/13    Çap et