Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ƏMDK-nın daha bir xidməti elektronlaşdırılıb
“Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı” xidməti elektronlaşdırılıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) məxsus elektron xidmət artıq “Elektron hökumət” portalına daxil edilib.
Bu xidmət müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışının həyata keçirilməsi məqsədilə təşkil edilən hərraclarda hüquqi və fiziki şəxslərin iştirakının təmin olunması üçün elektron formada qeydə alınması, sifarişlərin verilməsi, seçdiyi əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməsi ilə bağlı qaydaları müəyyən edir.
Sözügedən e-xidmət ƏMDK-nın yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən həyata keçirilir.
CAHANGİR
05/09/13 Çap et