Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HDMI 2.0” standartı elan edilib


"HDMI Forum" sahəvi qeyri-kommersiya təşkilatı "HDMI" standartının yeni versiyasını təqdim edib. "HDMI Forum" təşkilatına 88 şirkət daxildir.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "HDMI 2.0" standartının əsas üstünlüyü verilənləri ötürmə qabiliyyətidir: onun sürəti 10,2-dən 18 Qbit/s-dək artıb.

Sözügedən standart "Technical Working Group" işçi qrupunun iştirakçıları tərəfindən hazırlanıb. O, əvvəlki versiyalarla uyğundur və 32 səsli kanala qədər dəstəkləyir.

Yeni versiyada hələ ki yeni kabel və konnektorların konfiqurasiyaları təyin edilməyib.

"HDMI 2.0 Compliance Test Specification" (CTS) spesifikasiyasının 2013-cü ilin sonunadək hazır olacağı gözlənilir.

Emil Hüseynov




05/09/13    Çap et