Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"TASİM" layihəsi TAE-nin Xəzər seqmentinin də reallaşdırılmasına şərait yaradacaq
“Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Azərbaycan - Avrasiya Alyansının yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləyən qətnamə qəbul etməsi ölkəmizin bu sahədə qazandığı ən böyük uğurlardandır”. Bu barədə açıqlamanı Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsi TAE-nin Xəzər seqmentinin çəkilməsini də gündəmə gətirib. “Bu, ən qısa bir layihədir. Bu istiqamətdə danışıqları davam etdiririk. Azərbaycan Qazaxıstanın və Türkmənistanın operatorları ilə bu layihənin icrasının detallarını müzakirə edir. Qazaxıstan layihənin reallaşdırılmasında əsas fiqur kimi iştirak etdiyindən biz daha çox bu ölkə ilə müzakirələrə üstünlük veririk”- deyə o bildirib.
RƏVAN
05/09/13 Çap et