Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər təcrübədə şifrlənmiş kvant şəbəkəsi yaratmağa müvəffəq olublar


“Toshiba” şirkətinin Kembricdə yerləşən tədqiqat mərkəzində işləyən  alimlərdən ibarət beynəlxalq qrup professor Bernda Frelixin rəhbərliyi altında təcrübədə dünyada ilk böyük şifrlənmiş kvant şəbəkəsi yaratdığını bəyan edib.

Lokal şəbəkənin qovşaqları arasında məlumat mübadiləsinin sürəti 300 Kbit/s təşkil edir. Bu halda kvant şəbəkəsinin xüsusiyyətləri sayəsində məlumatları ələ keçirmək mümkün deyil.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, bundan əvvəl alimlər təcrübədə belə böyük kvant şəbəkəsi yaratmağa müvəffəq olmayıblar.

Emil Hüseynov




05/09/13    Çap et