Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sazz”ın kampaniyası başa çatır



“Sazz İnternet”in “Yaya Sazzlan” ənənəvi mövsüm kampaniyası sentyabrın 15-də başa çatır.
 
Kampaniya çərçivəsində “Sazz İnternet” mövcud və yeni abunəçilər üçün müxtəlif güzəştli paketlər təqdim edib.
 
Mövcud abunəçilər kampaniyanın qüvvədə olduğu müddət ərzində növbəti istifadə haqlarını ödəyərkən əlavə pulsuz internet vaxtı əldə ediblər. Belə ki, 60 günlük istifadə haqqını birbaşa ödəyən “Sazz” abunəçilərinə əlavə 7 gün,  90 günlük istifadə haqqını ödəyənlərə əlavə 15 gün, 120 günlük istifadə haqqını ödəyənlərə isə əlavə 30 gün pulsuz internet hədiyyə olaraq təqdim edilib.
 
 
Beləliklə, faktiki olaraq bu paketlərdən faydalanan abunəçilərə internetdən istifadə haqqı 10-20% daha ucuz başa gəlib.
 
“Sazz” abunəçisi olan yeni müştərilər isə yeni  kampaniyada ötənilkilərdən daha sərfəli güzəştlər əldə edib.
 
90 günlük abunə haqqını ödəyib “AX 326 Sazz USB” modemini pulsuz əldə etmək imkanını verən 75 manatlıq paketlə yanaşı, yeni müştərilərə bu dəfə 150 günlük paket də  təklif edilib. Qiyməti 125 manat olan həmin paketdə 1 ədəd “AX326 USB” modemi və 30 günlük  əlavə internet hədiyyə olunub.
 
 “Sazz İnternet”ə stasionar “Wi-Fi” mərkəzi ilə qoşulmağı üstün tutanlar 139 manatlıq paketi əldə edərək “İX 380” stasionar modem və 60 günlük internetdən istifadə haqqı ilə yanaşı, öz istəklərinə görə iki hədiyyədən birini: 30 günlük əlavə internet haqqını və ya “AX 326 USB” modemini seçə biliblər.  
 
Nəhayət, “Yaya Sazzlan!” kampaniyasına simsiz portativ “Wimaxion” modeminin arzusunda olanlar üçün də sərfəli təkliflər olub. Belə ki, “Wimaxion” portativ modemini alıb, 60 günlük abunə haqqını ödəyənlərə də 30 gün əlavə internet vaxtı hədiyyə olunacaq.  Bu paketi 169 manata əldə etmək mümkündür.
 
Kampaniyadan “Sazz İnternet”in Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində və bütün “Sazz İnternet” satış nöqtələrində faydalanmaq olar.  Abunə haqqı ödənişlərini bütün “Sazz” ofislərində, eləcə də “www.sazz.az” saytında yerləşdirilmiş “şəxsi kabinet” vasitəsilə “online” həyata keçirmək olar.
 
Xatırladaq ki, “Sazz İnternet” həmişə olduğu kimi hər yeni abunəçiyə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.
 
Hazırda “Sazz İnternet” Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir. Bu yaxınlarda isə “Sazz İnternet”in əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olması planlaşdırılıb.
 
RƏVAN
 
 




06/09/13    Çap et