Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın İKT-nin inkişafı üzrə Dövlət Fondunun Müşahidə Şurasının ilk iclası bu ay keçiriləcək
Sentyabr ayının 15-dək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Müşahidə Şurasının ilk iclasının keçirilməsi nəzərdə tutulub.
Müşahidə şurasının ilk iclasında Fond tərəfindən yaxın aylarda elan ediləcək qrant müsabiqələri üzrə qrant müqavilələrinin forması, şərtləri və digər vacib məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, fondun Müşahidə Şurasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini nazir müavini Elmir Vəlizadə, Təhsil Nazirliyini nazir müavini Ceyhun Bayramov, Maliyyə Nazirliyini şöbə müdiri Firdovsi Xəlilov, İqtisadi İnkişaf Nazirliyini Strateji planlaşdırma şöbəsinin müdiri - Səməd Bəşirli , qeyri-hökumət təşkilatlarını Azərbaycan İnternet Cəmiyyətinin rəhbəri Qalib Qurbanov, Azərbaycan internet Forumunun rəhbəri Osman Gündüz və İnformasiya problemlərinin araşdrıma mərkəzinin rəhbəri Yaşar Hacıyev təmsil edir.
İlin sonunda artıq fondun tam fəaliyyətə başlanması və ilk qrant müsabiqəsinin elan edilməsi gözlənilir. Müsabiqədə üstünlük verilən layihələr yeni innovativ məhsulların və infrastrukturun, GRİN texnologiyaların yaradılmasını, İKT və internet xidmətlərinin inkişafını nəzərdə tutan layihələr olacaq. Fondun yaradılmasının əsas məqsədi İKT sahəsinin inkişaf etdirilməsidir.
Aynur Vəliyeva
06/09/13 Çap et