Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərenerji” ASC-nin veb-saytına haker hücumu olub?


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi “Azərenerji” ASC-nin veb-saytına hücumla bağlı yayılan xəbərlərə aydınlıq gətirib:
 
 
“Bəzi kütləvi informasiya vasitələrində “Azərenerji” ASC-nin veb-saytının sıradan çıxarılması və oradan bəzi sənədlərin əldə edilməsi barədə gedən informasiyalarla əlaqədar qeyd etmək istəyirik ki, “Azərenerji” ASC-nin “www.azerenerji.gov.az” veb-saytına heç bir müdaxilə halı qeydə alınmayıb və sayt normal fəaliyyət göstərir. Həmçinin qeyd etmək istəyirik ki, “Azərenerji” ASC-nin saytında heç bir məxfi və ya konfidensial sənəd saxlanılmır. Burada yerləşdirilən məlumatlar ümumi istifadə üçündür və hər bir istifadəçi bundan istifadə edə bilər. “Azərenerji” ASC-yə aid sözügedən sənədlərin kənar şəxslər tərəfindən necə əldə edilməsinin müəyyən edilməsi və veb-saytın sıradan çıxarılması barədə yayılmış yanlış məlumatın aydınlaşdırılması istiqamətində tərəfimizdən “Azərenerji” ASC-nin mütəxəssisləri ilə birlikdə araşdırmalar aparılır”.


Həqiqət İSABALAYEVA




06/09/13    Çap et