Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony” şirkəti ilk bükük “LED” televizorunu təqdim edib
“Samsung” və “LG” şirkətlərindən sonra bükük ekranların yarışına “Sony” şirkəti də qoşulub. Yapon şirkəti bir neçə yeni televizor və bükük ekrana malik ilk modelini “IFA 2013” sərgisinə gətirib.
“Sony” şirkətinin təqdim etdiyi yenilikdə daha köhnə və ucuz “LED” texnologiyasından, həmçinin “Triluminos” həllindən istifadə edilib. Lakin “Samsung” və “LG” şirkətlərinin həlləri “OLED” texnologiyasına əsaslanır. Bu səbəbdən “Sony”nin həllində təsvirin keyfiyyəti bir qədər aşağıdır. “Sony” şirkətinin 65 düymlü diaqonallı elastik ekranla təchiz edilmiş televizorunun qiyməti 3999 dollar təşkil edir.
“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, sözügedən qurğuda 8 daxili dinamik mövcuddur. “Sony”nin bükük televizorunun ölçüləri 163,3x84,3x12,3 sm, çəkisi isə 58 kq təşkil edir.
İnterfeys panelində “Ethernet” konnektoru, 4 ədəd “HDMI”, 3 ədəd “USB 2.0” və 1 ədəd “MHL” mövcuddur. “Sony” şirkətinin bükük ekranla təchiz edilmiş televizorlarının tədarükünə artıq 2013-cü ilin oktyabrında başlanılacaq.
Emil Hüseynov
06/09/13 Çap et