Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvanın telekommunikasiya xidmətləri üzrə onlayn ödənişlərin qəbuluna başlanılıb



“Golden Pay” şirkəti bu gündən etibarən Naxçıvanın telekommunikasiya qovşaqlarının onlayn ödənişlərinin qəbuluna başlayır.
 
Şirkətin rəhbəri Fərid İsmayılzadənin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, xidmətlər Naxçıvan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə "www.e-nakchivan.az" dövlət portalında təşkil olunub.
 
“Bu gündən etibarən artıq Naxçıvanın 8 rabitə qovşağının və “Naxtel” şirkətinin CDMA simsiz rabitə xidmətlərinin ödənişi onlayn rejimdə bizim sistem vasitəsilə qəbul ediləcək. Növbəti mərhələdə kommunal xidmətlərin ödənişinin qəbulunun təşkil edilməsi gözlənilir”, - deyə o bildirib. 
 

Gələcəkdə artıq bütün telekommunikasiya xidmətlərinin və yol nəqliyyatı cərimələrinin "online" rejimində ödənişini təmin etmək haqda razılıq əldə edilib.

Aynur Vəliyeva
 
 




06/09/13    Çap et