Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ilin ikinci rübündə məlumatların saxlanılmasının sistemləri bazarının həcmi 0,8% azalıb
“IDC” analitik şirkətinin hesabatına əsasən, 2013-cü ilin ikinci rübündə qlobal məlumatların saxlanılması sistemləri bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq 5,9 milyard dollar təşkil edib.
“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, qlobal bazarın lideri – “EMC” şirkətinin gəliri 2,1% artaraq 1,86 milyard dollar olub, bazar payı isə 31,3% təşkil edir.
“NetApp” şirkətinin gəliri 8,6% artaraq 789 milyon dollar olub və 13,3% bazar payına malik şirkət ikinci yerdə qərarlaşıb. “IBM” şirkətinin gəliri 3% azalaraq 747 milyon dollar olub. Bazar payı isə 12,6% təşkil edib.
“HP” şirkətinin gəliri 7,5% azalaraq 594 milyon dollar, bazar payı isə 10% olub. “Dell” şirkətinin gəliri isə 3,1% azalıb.
Emil Hüseynov
06/09/13 Çap et