Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yarımkeçirici məhsulun satış həcmi 5% artıb


Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) son hesabat məlumatlarına əsasən, bu il iyul ayının yekununa  görə yarımkeçirici məhsulun qlobal satış həcmi 25,53 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% çoxdur.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hesabata əsasən, Şimali və Cənubi Amerikada yarımkeçirici məhsulun satış həcmi ötən illə müqayisədə 21,5% artıb. Hesabat müəllifləri qeyd ediblər ki, bu, son iki il ərzində bütün coğrafi regionlar üzrə qeydə alınmış ən böyük artımdır.

Assosiasiyanın prezidenti Brayen Tuxi deyib ki, iyul ayında yarımkeçirici sahəsində inkişaf müşahidə olunub, həm də Amerika regionunda xüsusilə heyrətləndirici nəticələr qeydə alınıb.

Emil Hüseynov
 
 




06/09/13    Çap et