Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” yenilənmiş “HMZ-T3” kibereynəyini təqdim edib


“Sony” şirkəti Berlində keçirilən "IFA 2013” texnologiya sərgisində “Sony HMZ-T3” 3D kibereynəyinin yeni versiyasını nümayiş etdirib.

Model 1280×720 piksel təsvir ölçüsünə malik 2 “OLED” displeylə təchiz edilib. Tərtibatçıların sözlərinə görə, eynək 20 metr məsafədə yerləşən 750 düymlük maye-kristal ekran effekti yaradır. Model yaradıcıları simsiz videonun 7 metrədək məsafədə ləngimədən və pozulmadan ötürüləcəyini bildirirlər.  

Qurğunu eynəyin prosessoruna qoşularaq məlumat ötürən “HDMI” kabelinin köməyi ilə kompüterə, oyun konsoluna və ya smartfona qoşmaq mümkündür. Eynək başa yerləşdirildiyi üçün yumşaq plastinlərlə təchiz edilib. Şirkət nümayəndələrinin sözlərinə görə, qurğudan eynək taxan insanlar yararlana bilər, habelə qurğunun başda yerləşməsi kompüterin klaviaturasını görmək məqsədi daşıyır.

Eynəyin akkumulyatoru simsiz birləşmə olmadan 3 saat, “HDMI” birləşməsi ilə 7 saat işi təmin edir.
Təxmini qiyməti 2 min dollar olacaq kibereynəklərin noyabrın sonunda Avropada satışa çıxarılması gözlənilir. Qurğunun ABŞ-da nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir, - "Digit www.digit.ru” yazır.




07/09/13    Çap et