Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Yandex»in tərcümə servisinə Azərbaycan dili əlavə edilib


“Yandex” şirkəti tərcümə servisinə 14 dil, o cümlədən Azərbaycan dilini əlavə edib.
 
 “ICTnews”un şirkətə istinadən verdiyi məlumata əsasən, artıq “Yandex”in tərcümə servisində eston, latış, Azərbaycan, yunan, slovak, sloven, alban, katalon, Makedoniya, fin, macar, Norvec və digər dillər əlavə olunub.
 
Beləliklə, “Yandex.Tərcümə” servisi 33 dildə tərcümə emal edə bilər və onlardan istənilən dilə və istənilən dildən bu dillərə tərcümə edə bilər.
 
Ekspertlərin sözlərinə əsasən, onlayn tərcüməçidə təkcə irland, island və gürcü dilləri yoxdur və bu dillər də yaxın gələcəkdə əlavə ediləcək.

Xatırladaq ki, “Yandex.Tərcümə” – sözlərin, söz birləşmələrinin, bütöv mətnlərin, həmçinin veb-səhifələrin avtomatik tərcümə servisidir. Servis, “Yandex”də yaradılan  maşın tərcüməsi texnologiyasını istifadə edir. Servis iki rejimdə işləyir: mətnin tərcüməsi və veb-səhifənin tərcüməsi.

Aynur Vəliyeva

 




07/09/13    Çap et