Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Facebook"-un dondurması çıxdı
Dünyanın ən məşhur sosial şəbəkəsi olan “Facebook”un dondurması da çıxıb. Xorvatiyalı iki qardaş tərəfindən hazırlanan dondurma hər kəsin diqqətini cəlb edib. Admir və İbi Adili adlı iki qardaş Valentino adlı dondurma şirkətlərində “Facebook” adlı dondurma da istehsal etməyə başlayıblar.
“Facebook” dondurmasının qiyməti 1 avrodur. Dondurma şirkətinin sahiblərindən biri olan Admir Adili qızının “Facebook” sosial şəbəkəsində çox vaxt keçirdiyini öyrəndikdən sonra bu adda dondurma hazırlamağa qərar verib. Dondurma eyni ilə “Facebook”un işarəsinə bənzəyir.
Ağ və mavi rənglərlə bəzədilmiş dondurmanın hazırlanması üçün Mark Zukerberqdən icazə alınmayıb. Şirkətin sahibi jurnalistlərə verdiyi müsahibədə zarafatla: “Zukerberq mənə zəng edərsə ondan icazə alacağam”- deyib.
Kamal Hacıyev
09/09/13 Çap et