Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şamaxının 26 ümumtəhsil məktəbi genişzolaqlı internet şəbəkəsinə qoşulub
Şamaxı rayon rabitə şəbəkəsi “Elektron Azərbaycan” Dövlət Proqramının tərkib hissəsi olaraq pilot layihə kimi NGN texnologiyası əsasında qurulub. Bu texnologiyanın tətbiqi bütün sahələr kimi, ən ucqar kənd məktəblərinin də sürətli internetlə təmin edilməsinə şərait yaradıb.
Şamaxı TKQ-nin rəisi Faiq Hümbətovun verdiyi məlumata görə, rayonda məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması istiqamətində tədbirlər davam etdirilib.
Hazırda 26 ümumtəhsil məktəbi genişzolaqlı internet şəbəkəsinə qoşulub. Rayon məktəblərində 19 kompüter kabineti fəaliyyət göstərir.
Şamaxı Avropa liseyi və şəhər 2 nömrəli tam orta məktəbi “Elektron məktəb” layihəsinə qoşulub. Şəhər 10 nömrəli və Nağaraxana tam orta məktəbləri “Bir şagird-bir kompüter” respublika müsabiqəsinin qalibidir.
RƏVAN
09/09/13 Çap et