Koreya və Yaponiya birgə “UltraHD” televiziyası üzrə pilat layihə reallaşdıracaq
Cənubi Koreyanın "KT Skylife Co." peyk televiziyası provayderi gələn il videokontentin ultradəqiq formatda (UltraHD) ötürülməsi sahəsində pilot layihənin işə salınması ilə bağlı planını açıqlayıb. Şirkət "UltraHD" kontentinin sabit və dəqiqliklə ötürülməsini nəzərdə tutan "HEVC" yüksək effektli videokodlaşdırma texnologiyasından istifadə edir.
""UltraHD" televiziya kanallarının işə salınması 2015-ci ildən başlayacaq, - "KT Skylife" şirkətinin icraçı direktoru Mun Ce-çul mətbuata bildirib. O, öz ölkəsinin hökumətini yerli kontent istehsalçılarına maliyyə dəstəyi göstərməyə çağıraraq qeyd edib ki, televiziya yayımı sənayesinin inkişaf üçün yeni stimullar axtarışına ehtiyac duyulur.
Cənubi Koreya kimi, Yaponiya da "UltraHD" televiziyası üçün infrastrukturun və müvafiq texnologiyaların inkişafı üçün xeyli investisiya yatırıb. Yaponiya 2014-cü ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının oyunlarını 4K formatında yayımını təşkil etməyi qarşısına məqsəd qoyub. Beləliklə, bu yayım "UltraHD" formatında dünyada ilk tam yayım olmalıdır, "IT Expert"
www.itexpert.org.ua yazır.