Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Instagram” gəlir gətirməyə başlayır
"Facebook" sosial şəbəkəsi "Instagram"ın satın alınmasına 1 milyard dollar yatırıb. Hazırda mobil fotoşəkillərin yerləşdirilməsi üçün populyar saytda reklam yerləşdirilməyib, lakin şirkətin yeni əməliyyat direktorunun proqnozuna əsasən, cari il ərzində reklam yerləşdiriləcək.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bazar günü sözügedən xidmət bildirib ki, onun istifadəçilərinin sayı 150 milyon insana çatıb. Həmçinin şirkətdən bildirilib ki, "Instagram"ın istifadəçilərinin 60%-ni amerikalılar təşkil edir.
Emil Hüseynov
09/09/13 Çap et