Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xaricdə yaşayan azərbaycanlıların elektron müraciəti” fəaliyyətə başlayır


Dövlət qurumlarının "Elektron hökumət" portalı üzərindən əhaliyə təqdim etdikləri elektron xidmətlərin sayı artmaqdadır.
 
Bu dəfə Diasporla İş üzrə Dövlət Komitəsi "Elektron hökumət" portalına qoşulub.
 
Komitənin "Xaricdə yaşayan azərbaycanlıların elektron müraciəti" adlı elektron  xidməti portal vasitəsilə istifadəyə verilib.
 
Təqdim olunan xidmət xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də Azərbaycan Respublikasının vətəndaşı olmayan azərbaycanlıların hüquq və azadlıqlarının pozulması halları, habelə diaspor təşkilatları tərəfindən Azərbaycan həqiqətlərinin təbliği, milli-mədəni irsimizin tanıdılması, diaspor quruculuğu ilə bağlı hazırlanmış layihələrin Dövlət Komitəsinə təqdim edilməsi üçün birbaşa elektron müraciət imkanını əhatə edir.
 
Qeyd edək ki, interaktiv  növlü elektron xidmət ödənişsiz həyata keçirilir. Xidmətin icra müddəti 15 gün təşkil edir. E-xidmətin digər icraçısı  Xarici İşlər Nazirliyidir.
 
Həqiqət İSABALAYEVA




09/09/13    Çap et