Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektrik şəbəkələrinin elektron xəritəsinin hazırlanma prosesinə başlanılıb
"Bakıelektrikşəbəkə" ASC-nin balansında olan yüksək, orta və alçaq gərginlikli elektrik şəbəkələrinin bazası əsasında yeni elektron xəritə hazırlanır.
Qurumdan verilən məlumata görə, elektron xəritədə yarımstansiyalar, TM-lər, KTM-lər, kabel və hava xətləri haqda dəqiq məlumatlar və onların mövcud vəziyyəti öz əksini tapacaq. Belə ki, hər bir obyektin gücü, yaranma tarixi, istismara yararlılığı, ölçüsü və sair məlumatlar elektron xəritədə qeyd olunacaq. Şəbəkənin mövcud vəziyyəti barədə elektron formada daha öncədən məlumat əldə edilməsi onlara vaxtaşırı qulluq edilməsi və köhnəlmiş avadanlıqların yenisilə əvəz olunmasına şərait yaradacaq.
Bütün bu inventarların vahid xəritədə öz əksini tapması yarana biləcək qəzaların öncədən aradan qaldırılması, veriləcək texniki şərtlər zamanı şəbəkənin vəziyyətinin öyrənilməsi, şəbəkənin müasirləşdirilməsi və beləliklə, abonentlərin yüksək keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmalarına xidmət edəcək. Hal-hazırda paytaxtın 6 rayonu elektron xəritəyə qoşulub və ilin sonuna kimi layihənin başa çatdırılması nəzərdə tutulub.
CAHANGİR
09/09/13 Çap et