Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MTA populyar smartfonlardakı məlumatları ələ keçirir
Amerikanın Milli Təhlükəsizlik Agentliyi (MTA) üç populyar smartfon platformasındakı məlumatları ələ keçirə bilir. Bu barədə Almaniyanın “Spiegel” jurnalı məlumat yayıb.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Amerikanın kəşfiyyat qurumları strukturu daxilində bu və ya digər platformalarla iş üzrə xüsusi qruplar yaradıb. Sözügedən qrupun vəzifəsi kontakt siyahılar, SMS trafik, istifadəçilərin yerləşmə mövqeyi haqqında məlumatlar, həmçinin bəzi işçi sənədlərin ələ keçirilməsindən ibarətdir. Məqalədə qeyd edilib ki, MTA ən azı “iPhone” smartfonunun 38 funksiyasına çıxış imkanına malikdir, bundan başqa qurum istifadəçilər sinxronlaşdırma üçün mobil qurğularını kompüterə qoşduqda ona giriş əldə edir.
Məqalədə konkret nümunə, məlumat göstərilmir. “Spiegel” jurnalının jurnalistləri bununla bağlı “BlackBerry”nin mətbuat xidmətinə müraciət ediblər, lakin Kanada şirkəti MTA ilə mümkün əməkdaşlıqla bağlı şərh
bildirməkdən imtina edib.
Emil Hüseynov
09/09/13 Çap et