Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gəncədəki mərkəzi kitabxanada intellektual qiraət
Gəncə şəhərindəki mərkəzi kitabxanada yeni intellektual qiraət mərkəzi yaradılıb. Kitabxananın şöbə müdiri Gülnaz İsgəndərova bildirib ki, məqsəd şəhər sakinlərinin kitaba, mütaliəyə marağını artırmaqla yanaşı, onlarda nitq mədəniyyətinin inkişafına kömək etməkdir. Mərkəzdə kütləvi qiraət saatlarının, müxtəlif əsərlərin müzakirəsi və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq artıq mərkəzə çoxlu sayda oxucu cəlb olunub.
10/08/11 Çap et