Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“GoldenPay” ödəniş sistemində “Azərsu”nun smart-kartları üzrə ödənişlərin qəbulunun təşkilinə başlayıb


 
“GoldenPay” şirkətinin “www.hesab.az” ödəniş sistemində “Azərsu”nun smart-kartları üzrə ödənişlərinin qəbulu təşkil olunur.

“GoldenPay”ın baş direktoru Fərid İsmayılzadənin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Azərsu”nun smart-kartları üzrə ödənişlərinin qəbulunun təşkili ilə bağlı texniki problemlər aradan qaldırılır.
«Hazırda “Azərsu”nun göstərdiyi xidmətlərin ödənişini biz qəbul edirik, növbəti mərhələdə smart-kartla işləyən qurğularla təchiz edilən istifadəçilərin ödənişlərinin qəbulu və smart-kartların balansının doldurulması nəzərdə tutulur. Texniki olaraq biz bu xidmətlərin göstərilməsinə hazırıq, əsas məsələ “Azərsu”nun texniki nöqteyi-nəzərdən xidmətlərin göstərilməsinə hazır olmasıdır və biz artıq bu problemləri aradan qaldırmağa başlamışıq və yaxın 1-2 ay ərzində ödənişlərin qəbulu həyata keçiriləcək», – deyə o bildirib.

Qeyd edək ki, hazırda “www.hesab.az” portalının istifadəçilərinin sayı 58 min 411 nəfər təşkil edir.

Aynur Vəliyeva




09/09/13    Çap et