Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məsafədən jestləri tanıyan sensor bazarının həcmi kəskin artacaq
“IHS” analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə məsafədən jestlərin tanınmasını təmin edən sensor satışlarının həcmi 123 milyon ABŞ dolları olacaq ki, bu da ötən ilki gəlirdən xeyli çoxdur. Sözügedən sensorlar, əsasən simsiz qurğular sahəsində tətbiq ediləcək. Bundan başqa, bu texnologiya məişət elektronikası və avtomobil sahəsində də istifadə olunur.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tədqiqatda, həmçinin qeyd edilir ki, 2014-dən 2015-ci ilədək sözügedən seqmentdə gəlir daha 68% artacaq və 2017-ci ilədək jestləri izləyən sensor satışlarının həcmi 545 milyon dollara çatacaq.
Ekspertlər hesab edirlə ki, bu yaxınlarda jestlərin tanınması üçün sensorlar orta və yüksək qiymət kateqoriyasına məxsus smartfonlarda tətbiq olunacaq.
Emil Hüseynov
09/09/13 Çap et