Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ildə “HP” noutbuklarının tədarük həcmi 21 milyonadək azalacaq
2013-cü ildə “Hewlett-Packard” (HP) şirkəti 30 milyondan az noutbuk tədarük etməyi hesablayır. Qeyd edək ki, 2012-ci ildə onun noutbuklarının tədarük həcmi 32 milyon təşkil edib. Tədarük mənbəyindən verilən məlumata əsasən, “HP” şirkətinin göstəriciləri gələn il daha çox azalacaq, 2015-ci ildə isə cəmisi 19 milyon noutbuk tədarük ediləcək.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, hərçənd “HP” şirkətinin baş direktoru Meq Uitmanın dəfələrlə deməsinə baxmayaraq ki, onun şirkəti fərdi kompüter (FK) bazarını tərk niyyətində deyil, mənbələr hesab edir ki, FK-nın istehsalı Amerika şirkəti üçün əsas istiqamət olmayacaq. Pekində keçirilmiş “HP World Tour” konfransında şirkət FK biznes sahəsindən çox az danışıb.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin proqnozlarına əsasən, cari ildə qlobal noutbuk bazarının həcmi ötən illə müqayisədə azalaraq 180 milyon təşkil edəcək.
Emil Hüseynov
09/09/13 Çap et