Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İranın bütün nazirləri “Facebook” sosial şəbəkəsində hesab açıblar


 
İran Nazirlər Kabinetinin bütün üzvləri "Facebook" sosial şəbəkəsində hesab açıblar, lakin ölkə ərazisində sözügedən şəbəkəyə giriş bloklanıb. Bu haqda yerli mətbuata istinadən "Associated Press" agentliyi deyib.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, bu yaxınlarda ölkə prezidenti Həsən Ruhani, həmçinin "Facebook"da səhifə açıb. Lakin iranlılar yalnız proksi serverlərdən istifadə edərək həm prezidentin, həm də nazirlərin səhifələrini görə bilərlər.

"The Washington Post" yazır ki, yeni ölkə rəhbərliyi xarici aləmlə ünsiyyət üçün sosial şəbəkələrdən istifadə etmək istəyir.

2013-cü ilin avqustunda İranın prezidenti seçilmiş Həsən Ruhani deyib ki, o, dünyanın bir çox populyar saytlarını, həmçinin sosial şəbəkələri bloklamağı zəruri hesab etmir. Lakin hələ ki internetdə məhdudiyyətlərin aradan qaldırılmasına dair konkret addımlar haqqında məlumat yoxdur.

Emil Hüseynov




09/09/13    Çap et