Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” “Nokia” mobil telefon istehsalçısını məcburi satın alıb?
Bəzi analitiklərin fikrincə, “Microsoft” korporasiyası Finlandiyanın “Nokia” mobil telefon istehsalçısını məcburi satın alıb: yalnız bu yolla Amerika şirkəti mobil bazarda mövqeyini qoruyub saxlaya bilər. Öz növbəsində “Nokia” şirkəti rəqiblər, ilk növbədə “Apple” və “Samsung” şirkətləri ilə mübarizədə acizliyini etiraf edib.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Pace University”dən Darren Xeyz vurğulayıb ki, “Microsoft” seçdiyi strategiyanı düzəltməyə çalışır, çünki “Windows 8” əməliyyat sistemi istifadəçiləri qətiyyən cəlb etməyib.
“Gartner” şirkətindən Karolina Milanezi də oxşar fikrin tərəfdarıdır. O hesab edir ki, proqram korporasiyası artıq mobil sahədəki tədqiqat və həllərə böyük vəsait yatıracaq.
Emil Hüseynov
10/09/13 Çap et