Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron müraciət əsasında müsabiqədə iştirak edərək keçid balını toplayan müəllimlərə boş qalan vakant yerlər təklif ediləcək
Hazırda yeni dərs ili ərəfəsində ümumtəhsil müəssisələrində müəyyən ixtisaslar üzrə yaranan və boş qalan vakant yerlərin təhlili aparılır. Həmin yerlər ilk növbədə elektron müraciət əsasında müsabiqədə iştirak edərək keçid balını toplayanlara təklif ediləcək. Ehtiyac olarsa, yeni müsabiqənin vaxtı müəyyənləşdirilərək elan ediləcək. Bu barədə məlumat verən Təhsil Nazirliyindən bildirilib ki, son illərdə həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə müəllimlərin marağının artması müşahidə olunur:
“Cari ildə nəzərdə tutulan 2527 yerdən 1100-nə həvəsləndirmə tədbirləri tətbiq edilməklə müəllimlər göndərilib. Qalan vakant yerlərə növbəti müsabiqə və müsahibələr nəticəsində gənc mütəxəssislərin göndərilməsi nəzərdə tutulub. Daha çox Lerik, Yardımlı, Gədəbəy rayonlarında fizika, kimya, biologiya ixtisasları üzrə vakant yerlər qalıb. Qeyd edilməlidir ki, həmin vakant yerlərdə dərs yükü bir stavkadan azdır”.
Həqiqət İSABALAYEVA
10/09/13 Çap et