Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda əhalinin yaşadığı bölgələrin 100 faizi rəqəmsal TV-nin əhatə dairəsinə qatılıb


Azərbaycanda əhalinin yaşadığı bölgələrin 100 faizi rəqəmsal TV-nin əhatə dairəsinə qatılıb.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Teleradio”İB-nin texniki direktoru Mikayıl Abbasov məlumat verib. Onun sözlərinə görə, hazırda regionlar üzrə rəqəmsal  televiziyanın yayımının optimallaşdırılması üçün əlavə avadanlıqlar qurulur. Hazırda bütün bölgələr üzrə yoxlamalar  və uyğun tədbirlər həyata keçirilir.


  Rəqəmsal kontentin yayımı “MPEG-4” standartında həyata keçirilir.  Rəqəmsal standartı qəbul etməyən televizorlar üçün dekoder alınması vacibdir.

RƏVAN




10/09/13    Çap et