Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Argentina şirkətləri “Bakutel 2013” sərgi-konfransında iştirak edəcək


Cari ilin dekabr ayında Bakıda keçiriləcək “Bakutel 2013” Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında Argentina iştirak edə bilər.
 
Bu barədə  “ICTnews.az”a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə ilə bu ölkənin Federal planlaşdırma, ictimai sərmayələr və xidmətlər naziri Xulio De Vido arasında informasiya-kommunikasiya texnologiyaları və digər məsələlərlə bağlı görüş keçirilib.
 
Görüşdə Argentina tərəfinin “Bakutel 2013” sərgi-konfransında iştirakı məsələsi əsas diqqət mərkəzində olan mövzulardan olub.
 
SEYMUR
 
 




10/09/13    Çap et