Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın coğrafi adlarının “Eurogeographics” portalında yerləşdirilməsi üçün müvafiq işlər görülür


Müxtəlif kütləvi informasiya vasitələrində, ayrı-ayrı tədbirlərdə Ermənistan tərəfindən coğrafi adlar sahəsində mütəmadi olaraq təxribat xarakterli hərəkətlərə yol verilməsinin, o cümlədən Azərbaycanın coğrafi adlarının əsassız şəkildə erməniləşdirilməsinin qarşısını almaq məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi hazırlanaraq nəşr edilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bununla yanaşı, Azərbaycan Respublikasındakı coğrafi adların xarici ölkələrdə nəşr edilən xəritələrdə olduğu kimi əks etdirilməsi məqsədilə hazırda Azərbaycanın coğrafi adlarının “Eurogeographics” portalında yerləşdirilməsi üçün müvafiq işlər həyata keçirilir.
 
Bununla bağlı komitədən bildirilib ki, sözügedən xəritənin məzmunu 1903-cü ildə çar Rusiyası dövründə Rusiya hərbçiləri tərəfindən rus dilində nəşr edilən “Karta Kavkazskoqo voennoqo okruqa 1903 qoda” xəritəsinə əsaslanır.
 
Xəritə üç dildə (Azərbaycan, rus və ingilis dillərində) hər dildə 25 min tiraj olmaqla, cəmi 75 min tirajda nəşr edilib. “Cənab Prezident İlham Əliyevin tapşırığı ilə bu xəritənin müasir standartlara cavab verən səviyyədə yenidən nəşrində əsas məqsəd keçmiş dövrdəki coğrafi adların tarixi sənəd üzrə olduğu kimi qorunub saxlanılmasını təmin etmək və Ermənistanın coğrafi adlar sahəsində olan təxribatlarına tutarlı cavab verməkdir”.
 
SEYMUR




10/09/13    Çap et