Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət əmlakının qorunub saxlanılması və istifadə vəziyyəti barədə illik hesabatın elektron qəbuluna başlanılıb
"Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat formasının təqdim edilməsi" xidməti "Elektron hökumət" portalına inteqrasiya olunub.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət dövlət müəssisələri və dövlət orqanları tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilən "Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması"nın elektron qəbulunu əhatə edir.
Xüsusi hesabat formasının təqdim edilməsi üçün müvafiq dövlət müəssisələri ilə komitə arasında "Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması"nın elektron təqdim edilməsi haqqında müqavilə imzalanır. Müqavilə şərtlərinə əsasən təqdim edilmiş şifrə vasitəsilə sistemə daxil olaraq hesabat formasının bütün bölmələri istifadəçi tərəfindən birbaşa sistemə işlənilir. İşlənilmiş hesabat forması istifadəçi tərəfindən təsdiq edildikdən sonra sorğu formalaşır. İstifadəçi tərəfindən təsdiq edilmiş hesabat forması qəbul olunmuş sayılır və qəbul olunmuş hesabat forması üzərində istifadəçi hər hansı dəyişiklik əməliyyatı həyata keçirə bilməz.
Xidmətin yerinə yetirilməsinə nəzarəti ƏMDK-nın Dövlət əmlakından səmərəli istifadəyə nəzarət və daxili audit şöbəsi həyata keçirir.
Sorğunun icrası ilə əlaqədar adıçəkilən şöbə tərəfindən hesabatın qeydə alınması, sorğunun öyrənilməsi və emalı, bu barədə istifadəçiyə bildirişin göndərilməsi kimi inzibati əməliyyatlar yerinə yetirilir.
Qeyd edək ki, elektron xidmətin göstərilməsi zamanı yaranacaq hər hansı anlaşılmazlığın aradan qaldırılması və məlumat dəstəyinin verilməsi üçün komitədə "Qaynar xətt" fəaliyyət göstərir.
CAHANGİR
10/09/13 Çap et