Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“PayPal” “Beacon” şoppinq cihazını təqdim edib


“PayPal” ödəniş sistemi alış-veriş-strategiyası ilə yeni həll təqdim edib.  Yeni cihaz “Beacon” adlanır və “Bluetooth” kommunikatordur. Onun vasitəsilə alıcılar mağazada endirimlər, müxtəlif təkliflər və başqa məlumatlar haqqında məlumat əldə edə biləcəklər.

“ICTnews.az” elektron xəbər xidməti saytına istinadən bildirir ki,  “TechCruncg Disrupt 2013” konfransında çıxış edən şirkətin vitse-prezidenti Xill Ferqüson qurğunu nümayiş etdirib. "Beacon cihazı müasir alıcının köməkçisidir, o, yalnız reklam-marketinq informasiyası ilə deyil, həm də mağazalarda quraşdırılmış POS-terminallarla işləmək üçün yaradılıb" – Ferqüson deyib.

“PayPal”dan bildirilib ki, “Beacon” 2014-cü ildə bazara çıxarılacaq.

Emil Hüseynov
 




10/09/13    Çap et