Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəmizdə ilk dəfə olaraq səsverən şəxsin yalnız bir dəfə səsvermədə iştirakını təmin edən elektron xidmət hazırlanıb



 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "İKT ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda elan etdiyi analitik məqalə müsabiqəsinin
artıq ikinci mərhələsi elan edilib. Başa çatan birinci turda bir sıra yeniliklər tətbiq edilib.
 
 
Belə ki, ilk mərhələdə "Elektron hökumət" portalı vasitəsilə onlayn səsvermədən istifadə edilib və onlayn səsvermədə aktiv canlanma müşahidə edilib. Diqqət çəkən məqam odur ki, səsvermənin daha obyektiv keçirilməsi üçün xüsusi elektron xidmət hazırlanıb.
 
 
Nazirliyin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanan elektron xidmətə əsasən, ölkəmizdə ilk dəfə olaraq səsverən şəxsin şəxsiyyəti müəyyənləşdirilərək, onun yalnız bir dəfə səsvermədə iştirak etməsi təmin edilir. Səsvermənin bütün gedişatı loqlaşdırılır və fərdi məlumatlar haqqında qanunvericiliyə müvafiq olaraq qorunur.
 
 
Gələcəkdə müxtəlif tipli sorğuların keçirilməsində bu xidmətin imkanlarından istifadə olunması nəzərə alınıb.
 


Həqiqət İSABALAYEVA




10/09/13    Çap et