Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda elektron ticarətin dövriyyəsi 2 dəfəyədək artıb
Azərbaycan Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət bazarının təhlilinin nəticələrini açıqlayıb.
Dövlət Statistika Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, yanvar-avqust aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,6 milyon manat təşkil edib. Elektron ticarət dövriyyəsinin 92%-ni qeyri-ərzaq malları təşkil edib.
Hesabat dövründə pərakəndə ticarət bazarında əhaliyə 12,2 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% çox müxtəlif istehlak malları satılıb. İstehlak mallarının 52%-ni ərzaq, 48%-ni qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,3% artıb.
Əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 85,5%-ni hüquqi, 14,5%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.
Aynur Vəliyeva
10/09/13 Çap et