Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiyada internetin nüfuzetmə səviyyəsi 45%-ə çatıb
"İctimai rəy" Fondunun mütəxəssisləri tərəfindən keçirilmiş son tədqiqat nəticələrinə əsasən, Rusiyada hazırda 52,2 milyon insan qlobal şəbəkə xidmətlərindən gündəlik istifadə edir. Rusiyada internetin nüfuzetmə səviyyəsi 45%-ə çatıb.
Analitiklər bildiriblər ki, bir il bundan əvvəl Rusiyada aktiv internet istifadəçilərinin sayı 45,1 milyon olub. Son 5 ildə Rusiyada internetin nüfuzetmə səviyyəsi 14-dən 45%-dək artıb.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, Rusiyanın internet istifadəçilərinin 11%-i Moskva, yalnız 4%-i isə Sankt-Peterburq şəhərində yaşayır.
Emil Hüseynov
10/09/13 Çap et