Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” şirkətinin yaradıcısı və xanımına “Albert Lasker” mükafatı təltif edilib
Bu gün Bill Qeyts və Melinda Qeyts tibbi tədqiqatlar sahəsində Amerikanın nüfuzlu “Albert Lasker” mükafatı ilə təltif edilib.
“ICTnews.az” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, "Microsoft şirkətinin yaradıcısı və xanımı planetin milyonlarla vətəndaşının həyat şəraitinin yaxşılaşması və səhiyyə sahəsinin ən mühüm problemlərinin həllinə istiqamətlənmiş mühüm töhfəsinə görə sözügedən mükafatla təltif ediliblər" – “Lasker Fondu”ndan bildirilib.
"Qeyts və Melinda fondu yardıma ehtiyacı olanlara 26 milyard dollardan çox vəsait göndəriblər – "Lasker Fondu"ndan qeyd edilib. Onlar dünyanın ən yoxsul ölkələrində yaşayan yüz milyonlarla uşağın vaksinlənməsi üçün beynəlxalq səyi dəstəkləyiblər. Onların bu fəaliyyəti ən yüksək mükafatlara layiqdir".
Qeyd edək ki, “Lasker” mükafatı 1946-cı ildən təqdim olunur.
Emil Hüseynov
10/09/13 Çap et