Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu da yeni “iPhone 5 S” (FOTOLAR)


"Apple" şirkəti dünən iki yeni smartfonunu ("iPhone 5S" və "iPhone 5C") təqdim edib.
Qiyməti daha ucuz "iPhone 5C" smartfonu yaşıl, sarı, göy, çəhrayı və ağ rəngli korpuslarda tədarük ediləcək. Xatırladaq ki, "Apple" şirkətinin əvvəlki smartfonları yalnız qara və ya ağ rəngdə olub. Aparatın korpusu plastikdən işlənib hazırlanıb.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "iPhone 5C" smartfonu "Apple A6" prosessoru, 4 düymlük ekran və 8 meqapiksellik kamera ilə təchiz edilib və "LTE" şəbəkələrini dəstəkləyir.
Daha bahalı "iPhone 5S" smartfonunun korpusu şüşə və alüminiumdan hazırlanıb. Sözügedən aparat qara, gümüş və qızıl rəngli korpuslarda tədarük ediləcək.



Smartfonun özəlliyi "Touch ID" adlanan barmaq izlərinin skaneridir və 64 bitlik "Apple A7" prosessoru ilə təchiz edilib. Aparatda fotosessiya və 720p formatında videoçəkiliş funksiyaları mövcuddur
"iPhone 5S" batareyasının şarjı 3G şəbəkələrində 10 saatlıq danışıq, 40 saatlıq musiqi səslənməsi, LTE şəbəkələrində 10 saatlıq internet sörfinq üçün kifayətdir.



ABŞ-da "iPhone 5C" smartfonunun qiyməti operator müqaviləsi ilə 99-dan (16 QB-lıq model) 199 dollaradək (32 QB-lıq model) olacaq. "iPhone 5S" isə operator müqaviləsi ilə 199-399 dollara satılacaq.
Aparatlar sentyabrın 20-də doqquz ölkədə satışa çıxarılacaq.

Xatırladaq ki, "Apple" şirkəti 2007-ci ildən "iPhone" smartfonlarını istehsal edir. Sentyabrın 10-da təqdim edilmiş aparatlar sözügedən qurğunun yeddinci nəslinə aiddir.

























11/09/13    Çap et