Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşetlər üçün 500 QB həcmində ilk sərt disk yaradılıb


“Seagate” şirkətinin mütəxəssisləri planşetlər üçün dünyada ilk “Ultramobile HDD” adlı sərt disk yaradıb. Onun həcmi 500 QB təşkil edir.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, qurğunun ölçüsü çox yığcamdır, istehsalçı əmin edir ki, o, hətta 7 düymlük planşetlərin daxilində belə quraşdırıla bilər.

Bundan başqa, şirkətin mütəxəssisləri sərt diskin enerji effektivliyi barəsində də düşünüblər, onun istifadəsi planşetin avtonom iş vaxtına, demək olar, təsir etmir. “Seagate Ultramobile HDD”-nin qiyməti dəqiqləşdirilməyib, lakin istehsalçı deyib ki, planşetin yekun qiymətinə ciddi təsir göstərməyəcək.

Emil Hüseynov
 
 
 




11/09/13    Çap et