Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” 6 düymlük ekrana malik “Lumia 1520” smartfonunu hazırlayacaq
Məlumata əsasən, “Nokia” şirkətinin mühəndisləri hazırda “Lumia 1520” adlı yeni smartfon modeli üzərində işləyirlər.
“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, sözügedən qurğu 1920x1080 nöqtə təsvir ölçülü “Full HD” formatlı 6 düymlük sensor ekrana malikdir. Mənbə deyib ki, “Nokia Lumia 1520” smartfonu, həmçinin “Qualcomm Snapdragon 800” prosessoru, 2 QB əməli yaddaş, 32 QB daxili fləş-yaddaş və “SD” yaddaş kartları üçün slotla təchiz olunub. Əsas kamera 16 meqapiksel təsvir ölçülü sensorla təchiz edilib.
Emil Hüseynov
11/09/13 Çap et