Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Western Digital” “Verident” şirkətini 685 milyon dollara satın alır


Sərt disk istehsalçısı “Western Digital” şirkəti alış mövsümünə davam edir. Bu gün məlum olub ki, şirkət 685 milyon dollara korporativ SSD həllər istehsalçısı “Virident”i satın alır. Hər iki şirkət arasında saziş bağlandıqdan sonra “Virident”in biznesi “Western Digital HGST” (əvvəllər “Hitachi Global Storage Technologies”) bölməsinə birləşdiriləcək.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Virident” şirkəti bazarda daha çox korporativ məlumatların fləş-yığıcılarda saxlanılması üçün nəzərdə tutulmuş “FlashMax” məhsullar xətti ilə tanınır.

Emil Hüseynov




11/09/13    Çap et