Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Monitorlu kompüterlər tarixə qarışır



“Google” monitora ehtiyac duyulmayan kompüterlər hazırlamaq fikrindədir. İlk baxışdan ağlasığmaz olsa da, yeni layihə yaxın gələcəkdə monitorları arxa plana atacaq.
 
Texnologiyada liderliyini qoruyan şirkət səslə idarəetməni bütün məhsullarda tətbiq etməyi hədəfləyir. Bu barədə tədqiqatları davam etdirən “Google” mühəndislərindən olan Skot Hofmanın sözlərinə görə, “Güclü kompüter sistemi artıq avtomobillərə və paltarlara da uyğunlaşdırıla bilir. Bu cür istifadə zonalarının heç birində artıq ekran və klaviaturaya ehtiyac qalmayacaq”. 

Qeyd edək ki, “Google” axtarış sistemi olan “Chrome”un və yenicə aldığı “Motorola” şirkətinin “Moto X” modelinin qapalı vəziyyətdə səsli əmrlərlə idarə oluna bilməsini təmin edən xüsusi qurğuya sahibdir.

Kamal Hacıyev




11/09/13    Çap et