Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan məktəblərinin dayanıqlı internetlə təmin olunması üçün dəyişikliklər nəzərdə tutulub


Azərbaycanda orta məktəblərin internetlə təchiz olunması hökumətin həyata keçirdiyi siyasətə daxildir. Beynəlxalq şəbəkəyə qoşulmaq uşaqların və müəllimlərin püxtələşməsində mühüm rol oynayan amillərdən biridir və günün tələbləri ilə uzlaşır. Ona görə də ölkənin orta məktəblərinin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər bu məsələnin daha da irəli aparılmasına hesablanıb.
 
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən mövzuda təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransında çıxış edib. Nazir məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklərdən söz açaraq qeyd edib ki, təhsil ocaqlarının beynəlxalq şəbəkəyə qoşulması ilə bir çox məsələlər öz həllini tapacaq.
 
Təhsil naziri yeni tədris ilində ilk dərsin vətənpərvərlik mövzusuna həsr olunacağını söyləyib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına göstərilən qayğıdan danışan nazir respublikada əlverişli təlim mühitinin yaradılması istiqamətində çox mühüm işlərin görüldüyünü və təhsilin prioritet elan edildiyini nəzərə çatdırıb.
 
SEYMUR




12/09/13    Çap et