Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azerfon” şirkətinin mobil abunəçilərinin sayı bu ilin əvvəlindən 10% artıb
"Azerfon" şirkətinin mobil abunəçilərinin sayı bu ilin əvvəlindən 10% artıb. Hazırda şirkətin abunəçilərinin sayı 2 milyondur.
Şirkətin baş direktoru Kent Maknilini jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, paralel olaraq mobil internet istifadəçilərinin sayında ikiqat artım müşahidə olunub.
""Azerfon"un abunəçilərinin və mobil internet xidmətlərinin istifadəçilərinin sayının artması şirkət tərəfindən təqdim edilən münasib tariflərə əsaslanır",- deyə baş direktor bildirib.
Şirkət bu il yayın əvvəlində rouminq və digər tarifləri müəyyən qədər endirib və nəticədə mobil rabitə abunələrinin şirkətin xidmətlərinə marağı artıb.
Bu il ərzində abunələrin "Azerfon" şəbəkəsində orta danışıq vaxtı 8% artıb, internet trafikin istifadəsi 20% artıb.
Xatırladaq ki, "Azerfon" şirkəti 2007-ci il martın 21-dən "Nar Mobile" ticarət nişanı ilə fəaliyyətə başlayıb. Şirkətin şəbəkəsi ölkənin 80%-ni əhatə edir.
Aynur Vəliyeva
12/09/13 Çap et