Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər təsadüfən 2 atom qalınlığında şüşə hazırlayıblar
Kornel Universitetində işləyən alimlər ABŞ-da dünyanın ən nazik şüşəsini hazırlayıblar, onun qalınlığı cəmisi 2 atom təşkil edir. Bu barədə 2014-cü ildə “Ginnessin Rekordlar Kitabı”nın yeni nəşrində qeyd olunacaq. Yeni material xalis qrafenin yaradılması üzrə təcrübələr zamanı əldə edilib.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, alimlər hesab edirlər ki, yeni material hava sızması nəticəsində əldə edilib.
Şüşənin mikroskopik ölçülərinə baxmayaraq, bu kəşf şüşənin strukturunu daha ətraflı öyrənməyə icazə verəcək. Sözsüz ki, materialı adi şəraitdə istifadə etmək mümkün deyil, lakin onu gələcəkdə elektronika istehsalında tətbiq etmək olar və kompüter və mobil qurğuların məhsuldarlığını nəzərəçarpacaq dərəcədə artırmaq olar.
Emil Hüseynov
12/09/13 Çap et